“Hər şey məndən asılı deyil, klubdan zəng gözləyirəm”

22:00 İtaliya 89
“Hər şey məndən asılı deyil, klubdan zəng gözləyirəm”

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

32 yaşlı futbolçunun Milan təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Türkiyə millisinin üzvü sözləşməsinin müddətinin uzadılmasını müzakirə etməyə hazır olduğunu bildirib.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, türk yarımmüdafiəçi “İnter”də oynamağı və Milanda yaşamağı sevdiyini deyib:

“Mən “İnter”də oynamağı, Milanda yaşamağı sevirəm. Mən və ailəm burada özümüzü yaxşı hiss edirik.

Amma hər şey məndən asılı deyil. Klubdan zəng gözləyirəm. Hazırda danışıqlar aparılmır. Görək, nə baş verəcək”.

Çalhanoğlu ötən mövsüm “İnter”in heyətində 30 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti