“Heç nə bitməyib, favorit “Qarabağ”dır”

22:20 Qarabağ 159
“Heç nə bitməyib, favorit “Qarabağ”dır”

"Qarabağ"ın veteran qapıçısı Cahangir Həsənzadə Sportinfo.az-a açıqlama verib.

O, "Qarabağ"ın bu mövsüm avrokuboklarda uğursuz çıxışını şərh edib, problemlərə geniş toxunub:

"Qarabağ"ın oyununa bir sıra amillər təsir edir. Ən vacib amil komandanın yenidən qurulmasıdır. Heyətdə kifayət qədər yeni futbolçu var. Ona görə də bu mövsüm yenilənən heyət öz nəticəsini dərhal verə bilmir.

Buna hamımız çox təəssüf edirik. Amma bu da çox normal haldır. Çünki "Qarabağ"ın oturuşmuş oyun fəlsəfəsi var. Sadəcə ifaçıların fərqli olması təsir edir.

Keyfiyyət baxımından deməzdim ki, zəifdilər. Düşünürəm ki, fərd olaraq balans qorunub. Sadəcə ümumi ansambılda hələki axsamlar var.

Nəticələrdə enişin olması sırf buna bağlıdır. Əvvəlki illərdə klub 2-3 dəyişiklik edirdi və bəhrəsini görürdü. Bu il isə hər mövqedə yeni simalar görürük. Buna rəğmən mənə görə heç nə bitməyib.

"Dinamo" elə də güclü rəqib deyil. Oyun da bunu göstərdi. Nəticə ürəkaçan olmadı, amma doğma azarkeşlər önündə cavab görüşündə kifayət qədər böyük şanslar var.

Əminliklə deyə bilərəm ki, favorit "Qarabağ"dır. Neçə illərdir avrokuboklarda uğurlu ola bilirlər. Bu mövsüm axsama ola bilər. Lakin hazırlıqlar gedir. Premyer Liqada komanda güclü təsir bağışlaya bilər".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti