AFFA-nın baş katibi: “Atılan addımların ən vacibi məhz budur"

AFFA-nın baş katibi: “Atılan addımların ən vacibi məhz budur"

"Uşaq futbolu AFFA-nın ən önəmli sahəsidir.

Bizim gələcəyimiz uşaq futboludur, sabahın futboludur. Atılan addımların ən vacibi də məhz budur".

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

O, bu istiqamətdə həyata keçirdikləri üç böyük məqamı qeyd edib:

"Məktəbli kuboku", "İ-Ball" çempionatı və "Sabahın ulduzları" turniri: "Məktəbli kuboku". Bu, 30 minə yaxın şagirdin - 2 kateqoriya - həm oğlanların, həm də qızların iştirak etdiyi nəhəng bir yarış idi.

Bu böyük yarışın əhəmiyyəti isə odur ki, turnirin finalına şəhər mərkəzlərinin komandaları deyil, bütün Azərbaycanı əhatə edən böyük seçimlərdən keçən Zaqatalanın kənd komandası vəsiqə qazanmışdı.

İkinci böyük layihəmiz yenilikçi "İ-Ball" çempionatıdır. Bu çempionat çərçivəsində uşaqların meydançada etdikləri futbol hərəkətləri, fəndlər yaxından izlənilir və trend səviyyəsinə qaldırılır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti