“Neftçi”dən daha 2 transfer, AFFA-dan maraqlı layihə - VİDEO

“Neftçi”dən daha 2 transfer, AFFA-dan maraqlı layihə - VİDEO

"Sportinfo TV"də yayımlanan "Sport Xəbər"in növbəti buraxılışı efirə gedib.

Burada bir neçə maraqlı məlumat izləyicilərin diqqətinə çatdırılıb.

Bildirilib ki, "Neftçi" yeni mövsümə iddialı başlamaq yolunda transfer çalışmalarını davam etdirir.

Hazırda iki əcnəbi futbolçunun transferi gündəmdədir.

Yolüstündə olan əcnəbilərdən biri sol ayaqlı vingerdir. Hər iki cinahda oynamaq bacarığı ilə seçilir.

Digəri isə mərkəz yarımmüdafiəçisidir. "8 nömrə" mövqeyində çıxış edir.

Qeyd olunub ki, AFFA azarkeşlər üçün yeni və innovativ rəqəmsal futbol məhsulu olan APL Fantasy platformasının rəsmi istifadəyə verildiyini elan edib.

APL Fantasy Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradıb.

İştirakçılar Premyer Liqa oyunçularından ibarət heyət formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayacaq və ümumi reytinqdə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

Layihənin əsas məqsədi Azərbaycan futboluna marağı artırmaq, azarkeşlərin çempionatda iştirak hissini gücləndirmək və rəqəmsal platformalar vasitəsilə futbolsevərlərə yeni təcrübə təqdim etməkdir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti