“Qarabağ"a transfer olunduqdan sonra eniş yaşamağa başladı, indi isə…

09:00 Araşdırma 151
“Qarabağ"a transfer olunduqdan sonra eniş yaşamağa başladı, indi isə…

Hələ "Sumqayıt"da çıxış etdiyi vaxtlardan görünürdü ki, Aleksey İsayev Azərbaycan çapında seçilən futbolçudu.

"Sabah"a keçməklə İsayev daha üst səviyyədə oyun nümayiş etdirdi.

Amma "Qarabağ"a transfer olunduqdan sonra eniş yaşamağa başladı...

Hal-hazırda Çempionlar Liqasında yaxşı oyun sərgiləyən "Sabah"ın heyətində fərq yaradan futbolçulardan biri də Aleksey İsayevdir.

Orta sahədə Lepinitsa və Umaralievlə trio təşkil edən Aleksey çox yaxşı görünür. Belə bacarığa malik futbolçunun "Qarabağ"da sıradan biri kimi təsir bağışlaması təəccüb doğurur.

"Qarabağ"da rəqabət daha böyük idi, avrokuboklardakı rəqiblərin səviyyəsi də çox yuxarı idi. Amma İsayev heç Premyer Liqa matçlarında düz-əmməli oyun ortaya qoya bilmirdi.

Lakin "Sabah"a qayıtmaqla əvvəlki Aleksey də səhnəyə qayıtdı. İsayev Valdas Dambrauskasın sistemində özünü suda balıq kimi hiss edir.

Bu bir daha göstərir ki, hər bir futbolçu üçün hansı ortamda olması, hansı məşqçinin sistemində yer alması olduqca vacibdir (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!