“O, nəinki Superliqa, heç I Liqada da özünü doğrulda bilməz”

02:30 Araz-Naxçıvan 66
“O, nəinki Superliqa, heç I Liqada da özünü doğrulda bilməz”

Yay fasiləsində “Araz-Naxçıvan”dan ayrılan Hamidu Keyta ilə bağlı Türkiyə mətbuatında maraqlı məlumat dərc edilib.

Sportinfo.az xəbər verir ki, “Konyaspor”un sabiq hücumçusunun uğursuz karyerası diqqəti cəlb edib.

Bildirilib ki, 2024-cü ildə “Qarabağ”dan Konya klubuna keçən 31 yaşlı ön xətt oyunçusunun həmin vaxtdan etibarən karyerası enişdədir.

Keytanın ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində keçirdiyi 33 oyunda 3 qol vurması xüsusi vurğulanıb:

“Keyta sonuncu yüksək səviyyəli çıxışını Azərbaycanda “Zirə” komandasının heyətində göstərdi. Lakin ondan sonra ciddi şəkildə eniş yaşamağa başladı.

Son olaraq “Araz-Naxçıvan”dakı zəif oyunu da bunun davam etdirdiyini göstərir. Bir müddət əvvəl Türkiyə klublarının Hamiduya marağı var idi.

Ancaq bu cür performansla o, nəinki Superliqa, heç I Liqada da özünü doğrulda bilməz”.

Hamidu Keytanı Azərbaycana ilk dəfə 2022-ci ilin əvvəlində “Zirə” gətirib. Seneqal əsilli fransalı hazırda klubsuzdur.

Digər Xəbərlər
Xəbər Lenti