“Sabah” Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.
Sportinfo.az xəbər verir ki, son Azərbaycan çempionu Bakıda məğlub etdiyi (1:0) “KuPS”a bu gün Finlandiyadakı cavab matçında da qalib gəlib - 2:0.
Bu, Valdas Dambrauskasın komandasının bu mövsüm ÇL-də keçirdiyi 4-cü oyunda 4-cü qələbəsi olub.
Onlar bu nəticə ilə cari mövsümdə Azərbaycanın UEFA reytinqinə ən çox əmsal (1,000) qazandıran komandadır. İkinci yeri 3 oyuna 0,625 əmsal toplayan “Qarabağ, 3-cü yeri isə 3 matça 0,500 əmsal yığan “Zirə” tutur.
Ümumən 2026/27 mövsümündə Azərbaycan klubları 2,125 əmsal toplayıb ki, bu da iştirakçı ölkələr arasında hələlik ən yaxşı göstəricidir.
“Sabah”ın bugünkü qələbəsindən sonra Azərbaycanın son 5 mövsümdə UEFA reytinqində əmsalı isə 20,687-yə yüksəlib. Ölkəmiz əvvəlkitək 26-cı yeri tutur.

