“Sumqayıt”ı A və B Seriyasından gələn təkliflərdən üstün tutdu

8 Avqust 19:20 Sumqayıt 756
“Sumqayıt”ı A və B Seriyasından gələn təkliflərdən üstün tutdu

“Sumqayıt”ın yeni transferi Lukas Blek Azərbaycana gəlmək üçün Braziliya klublarının təklifini rədd edib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, dayaq yarımmüdafiəçisi Braziliyanın A və B Seriyasında çıxış edən klubların diqqət mərkəzinə düşüb.

“Ferroviario”nun heyətində parlaq çıxışı ilə diqqət çəkən 26 yaşlı futbolçu xüsusən də “Seara” və “Fortaleza”dan təklif alıb.

Lakin oyunçu özü karyerasını Avropada davam etdirməkdə israrlı olub. Bu üzdən tam adı Lukas Qabriel de Oliveyra olan yarımmüdafiəçi “Sumqayıt”ı ölkəsinin klublarından üstün tutub.

Lukas Blek “Sumqayıt”la 2 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM