Çempionluğa iddialı bölgə klubu təcrübəli stoperlə gücləndi

1 Avqust 19:40 Azərbaycan Futbolu 2 070
Çempionluğa iddialı bölgə klubu təcrübəli stoperlə gücləndi

Yeni mövsümü hədəfi çempionluq olan "Karvan-Yevlax" növbəti transferini bitirib.

Bölgə klubu böyük Premyer Liqa təcrübəsi olan Sadiq Quliyevlə anlaşıb.

Müdafiəçinin son klubu "Səbail" olub.

31 yaşlı futbolçu "Qəbələ"nin yetirməsidir.

O, bölgə klubundan əvvəl "Zirə" və "Turan Tovuz"da da forma geyinib.

Stoper bütün aşağı yaş millilərimizdə çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!
19 Noyabr 00:30 "Qarabağ"dan ilk seçim