41 milyon avroluq müdafiəçi təklif olundu - “Mançester Yunayted”ə

8 Avqust 18:20 İngiltərə 429
41 milyon avroluq müdafiəçi təklif olundu - “Mançester Yunayted”ə

“Tottenhem”in müdafiəçisi Ced Spens “Mançester Yunayted”ə keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidməti “qırmızı şeytanlar”a təklif olunub.

Spens özü də bu yay “Tottenhem”dən ayrılma variantını nəzərdən keçirir.

London klubu ingiltərəli müdafiəçini təxminən 41 milyon avro dəyərində qiymətləndirir. Ancaq “Mançester Yunayted” hələ Spensi transfer edib-etməyəcəyinə qərar verməyib.

Bildirilir ki, futbolçunun xidməti “Liverpul”a da təklif olunub.

Spens 2025/26 mövsümündə bütün turnirlər nəzərə alınmaqla “Tottenhem”in heyətində 44 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM