“Real” atasız qalan Messiyə başsağlığı verdi - FOTO

9 Avqust 10:15 İspaniya 399
“Real” atasız qalan Messiyə başsağlığı verdi - FOTO

“Real Madrid” Lionel Messinin atası Xorxe Messinin vəfatı ilə bağlı rəsmi bəyanat yayımlayıb.

Sportinfo.az xəbər verir ki, İspaniya nəhəngi sosial şəbəkə hesablarında paylaşım edərək Messiyə və ailəsinə dəstək olub:

“Real Madrid”, onun prezidenti və İdarə Heyəti Leo Messinin atası Xorxe Messinin vəfatından dərin kədər duyduğunu bildirir.

Klubumuz Leoya, onun ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Xorxe Messi uzun illər oğlunun həm də meneceri kimi fəaliyyət göstərib və onun karyerasında böyük rol oynayıb. O 68 yaşında sağalmaz xəstəlikdən sonra vəfat edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM