Yığmamız Avropa çempionatını neçənci pillədə başa vurdu?

03:50 Basketbol 68
Yığmamız Avropa çempionatını neçənci pillədə başa vurdu?

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi FIBA U-18 Avropa çempionatının B divizionunda mübarizəni yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, yığmamız 15-16-cı yerlər uğrunda qarşılaşmada İslandiya seçməsi ilə üz-üzə gəlib.

Görüş rəqibin 91:73 hesablı qələbəsi ilə başa çatıb.

​22 komandanın mübarizə apardığı turniri U-18 millimiz 16-cı yerdə tamamlayıb. Yarış ərzində 8 oyun keçirən yığmamız qrup mərhələsində Ukrayna və Portuqaliya komandalarını məğlub etməyi bacarıb.

2024-cü ildə C divizionunun çempionu olan millimiz 2025-ci ildən etibarən B divizionunda çıxış edir. Komandamız B divizionundakı ikinci mövsümünü ötən illə müqayisədə 5 pillə irəlidə bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!