Emin Mahmudov “Neftçi”ni bəlaya salıb - Araşdırıldı və üzə çıxdı ki…

14:40 Neftçi 492
Emin Mahmudov “Neftçi”ni bəlaya salıb - Araşdırıldı və üzə çıxdı ki…

«Neftçi»nin məşqçi korpusu «Dinamo» ilə oyunları analiz edib.

Ortaya maraqlı mənzərə çıxıb.

Məlum olub ki, Emin Mahmudov əksər komanda yoldaşlarından daha pis göstəricilərə imza atıb.

Statistika kapitanın sürət, dəqiq ötürmə və ikinci toplara vaxtında yetişmək faizinə görə çox geri qalmasını üzə çıxarıb.

O, «ağ-qaralar»ın heyətində hamıdan az qaçıb. Hücumların və əks-hücumların qurulmasında aktiv iştirak etməyib.

Bakılılar 3 illik aradan sonra bu yay avrokuboklara qayıdıb. Konfrans Liqasında mübarizə aparan kollektiv Minskdən olan rəqibinin öhdəsindən gələ bilməyib.

Doğma azarkeşləri önündə 2:4 hesablı məğlubiyyətə uğrayan «Neftçi» Bolqarıstanda qazandığı 1:0-lıq qələbəyə rəğmən, yarışla erkən vidalaşıb.

Hər iki görüşün iştirakçısı olan Emin Mahmudov isə Bakıdakı ilk qolun müəllifidir.

Kapitan həmin matçdan sonra verdiyi açıqlamada özündən başqa hər şeydən danışmışdı:

“Səkkizinci dəqiqədə 2:0 hesabı ilə önə keçsək də, sonradan hər şey tam dəyişdi. Neçənci dəfədir belə halla üzləşirik.

Oyuna yaxşı başlayırıq. Sonra bilmirəm nə baş verir, boşluq yaradırıq, ya arxayınlaşırıq, oyuna nəzarəti tam itiririk. Azarkeşlərimiz möhtəşəm idilər

Bizə əla dəstək versələr də, onları məyus etdik. Buna görə azarkeşlərdən üzr istəyirəm.

Vəziyyəti dəyişmək üçün qol epizodlarımız var idi. Təəssüf ki, onları dəyərləndirə bilmədik.

2:0-dan sonra çox arxayın oynadıq. Elə bildik ki, artıq matçın taleyi həll olunub. Söz tapmaq olmur...

Artıq neçənci dəfədir ki, 2:0 önə keçdikdən sonra üçüncü qolu vura bilmirik, əvəzində isə rəqib geridönüş edir”..

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti