“Başa düşürük ki, Çempionlar Liqasına vəsiqə qazanmaq maliyyə lazımdır”

18:40 İtaliya 111
“Başa düşürük ki, Çempionlar Liqasına vəsiqə qazanmaq maliyyə lazımdır”

“Milan”ın yeni baş məşqçisi Ruben Amorim komandanın qarşıdakı mövsüm üçün hədəflərindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bunu deyib:

“Ən vacib olan hər bir matça diqqət yetirməkdir. Komandamız hər oyunda, hər yarışda qalib gəlmək üçün kifayət qədər yaxşıdır.

Məqsədimizi addım-addım irəli aparsaq, ciddi bir şeyə nail ola bilərik. Avropa Liqasına gəldikdə isə, onu qazanmağa qadir olduğumuza inanmalıyıq.

Sonra A Seriyası var. Rəqiblərimizin çoxunun üstünlüyü olacaq, baş məşqçiləri uzun müddətdir ki, fəaliyyət göstərirlər. Amma “Milan”da olduğum üçün çempionluğu qazana bilməyəcəyimizi deyə bilmərəm.

Qarşıda çox iş var, yeni məşqçi, heyətdə dəyişikliklər. Amma bu səviyyəli klubda titul uğrunda mübarizə aparmaq lazımdır.

Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik və başa düşürük ki, Çempionlar Liqasına vəsiqə qazanmaq maliyyə və prestij baxımından da əsasdır”.

Amorim yayda vəzifəsindən ayrılan Massimiliano Alleqrinin yerinə təyin olunub.

“Milan” 2025/26 mövsümündə İtaliya çempionatını beşinci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti