Pul üzünə həsrət Rusiya klubu Şeydayevə nə verəcək?

14:00 Araşdırma 388
Pul üzünə həsrət Rusiya klubu Şeydayevə nə verəcək?

Ramil Şeydayev 7 illik aradan sonraya Rusiyaya dönüb.

O, “Soçi” ilə anlaşıb.

“Qarabağ”ın keçmiş hücumçusu ilə müqavilə mövsümün sonuna qədərdir. Ön xətt oyunçusu burada 7 nömrəli formanı geyinəcək.

30 yaşlı forvard Birinci Liqa klubuna məcburiyyətdən üz tutub. Başqa real təklifləri olmadığı üçün “Soçi“ ilə müqavilə bağlamaqdan savayı çıxış yolu görməyib.

Və kifayət qədər aşağı məbləğə. Maliyyə imkanları məhdud “Soçi“ həmyerlimizə hər ay üçün cəmi-cümlətanı 7000 dollar ödəmə edəcək.

Şeydayev 15 mart 1996-cı ildə Sankt-Peterburqda anadan olub və “Zenit” Gənclər İdman Məktəbinin yetirməsidir.

O, "mavi-ağ-göylər"in əsas komandasında debütünü 26 oktyabr 2014-cü ildə Rusiya çempionatında “Mordoviya”ya qarşı (5:0) oyunda edib.

Sankt-Peterburqun əsas komandasında beş oyun keçirib və bu müddət ərzində oyun vaxtının çox hissəsini “Zenit-2” ilə qazanıb.

2015-ci ildə icarə əsasında “Rubin Kazan”a keçib, lakin özünü təsdiqləyə bilməyib və cəmi 2 oyunda meydana çıxıb.

Karyerasının növbəti mərhələsi oyunçunun 2016-cı ilin yayında müqavilə imzaladığı “Trabzonspor” olub. Yeni komandasında debüt matçında Türkiyə Kubokunda qol vurub, lakin Super Liqada məhdud oyun vaxtı qazanıb.

Həmin qış hücumçu Slovakiyaya - "Jilina"ya icarəyə gedib və orada tez bir zamanda komandanın ayrılmaz hissəsinə çevrilib.

O, liqa titulunu əldə edib, Çempionlar Liqasının seçmə mərhələsində "Kopenhagen"ə qarşı forma geyinib. Slovakiyanın ən çox mükafat qazanan klublarından birində ümumilikdə 16 oyuna beş qol vurub.

2017-ci ilin payızında icarə əsasında "Qarabağ"a keçib. Ağdam klubundakı debüt mövsümündə hücumçu bütün yarışlarda 19 oyun keçirib, bir qol vurub və Azərbaycan çempionluğunu qazanıb.

2018-ci ilin avqust ayında Rusiyaya qayıdaraq, Samara "Krılya Sovetov"u ilə müqavilə imzalayıb. O, Rusiya Premyer Liqasında 20 oyun keçirib, dörd qol vurub və iki məhsuldar ötürmə edib.

Növbəti mövsümə Moskva "Dinamo"sunda başlayıb, lakin çempionatın ilk yarısında doqquz oyundan sonra 2020-ci ilin qışında klubu azad agent kimi tərk edib.

Karyerasında yeni bir fəsil "Sabah"la başlayıb. Qısa müddət ərzində altı qol vurub və oyunu ilə yenidən "Qarabağ"ın diqqətini çəkib.
Ağdam təmsilçisində 97 oyuna 29 qol vurdu, müntəzəm olaraq Avropa yarışlarında iştirak etdi,

dəfələrlə Azərbaycan çempionluğunu, ölkə kubokunu qazandı və həmçinin ölkənin ən yaxşı bombardiri seçildi.

2023-cü ilin yayında karyerasını Taylandda - "Buriram Yunayted"də davam etdirib və 6 ay sonra Türkiyəyə qayıdaraq, Birinci Liqada "Kocaelispor"a qoşulub.

2024/25 mövsümünü "Neftçi"də keçirib və 31 oyunda dörd qol vurub. Daha sonra karyerasında üçüncü dəfə "Qarabağ"a qayıdıb və klub statistikasını 127 oyuna və 39 qola çatdırıb.

Beynəlxalq arenada Ramil Şeydayev hətta gənc oyunçu kimi də əhəmiyyətli uğurlar qazanıb.

2013-cü ildə Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandası ilə Avropa çempionatının qalibi, 19 yaşadək futbolçulardan ibarət komandası ilə isə Avropa çempionatının gümüş medalını qazanıb.

2016-cı ilin yayından Azərbaycan millisinə dəvət alıb. O vaxtdan bəri komandada 69 oyun keçirib və 10 qol vurub. Almaniya və Xorvatiyaya yaddaqalan qollar vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti