“Xoşbəxt deyiləm, çox məyusam - Verilə biləcək ən pis qərarlardan biri budur”

9 Avqust 00:50 Dünya çempionatı 333
“Xoşbəxt deyiləm, çox məyusam - Verilə biləcək ən pis qərarlardan biri budur”

“Minerva Academy”nin təsisçisi və direktoru Ranjit Bajaj oktyabrda Azərbaycanda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatı və Festivalında Hindistanın U-15 millisinin meneceri vəzifəsini icra etməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, Bajaj bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, baş məşqçi Bibiano Fernandeslə futbol fəlsəfələrinin fərqli olduğunu və bu səbəbdən Azərbaycandakı yarışa gəlməyin mənasız olduğunu bildirib.

“Hamı məni təbrik edir, amma xoşbəxt deyiləm. Əksinə, çox məyusam. Verilə biləcək ən pis qərarlardan biri budur”, – deyə Bajaj söyləyib.

U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 23-31-i aralığında Azərbaycanda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM