AFFA rəsmiləri böyük üzüntü keçirir.
Səbəb klublarımızın avrokuboklarda uğursuz çıxışıdır.
Budəfəki nəticələrin federasiya başbilənlərini iki qat üzməsi əbəs deyil.
Ötən mövsümün startına bir neçə ay qalmış legioner limiti ləğv ediləndə klub futbolundan gözləntilər böyük idi.
Ehtimal olunurdu ki, klublarımız istədiyi qədər əcnəbi gətirməklə daha sürətlə inkişaf edəcəklər.
Heyəti büsbütün gəlmələrlə quraraq avrokuboklarda liqa mərhələsi görəcəklər.
Ötən yay arzular çin olmadı.
Əvvəlki illərdə olduğu kimi yalnız "Qarabağ" liqa mərhələsində iştirak etmək hüququ qazandı.
Digər 3 klubumuz uğursuzluq yaşadı.
Hər kəs "Hələ qərar təzə verilib" deyib üzərindən keçdi.
Amma bu mövsüm də eyni mənzərə qarşımızda canlanır.
Yay bitmədən böyük arzular, xəyallar puç oldu.
"Neftçi"nin Belarus təmsilçisi "Dinamo"ya, "Zirə"nin Estoniya klubuna məğlub olması əsəbləri tarıma çəkib.
Növbəti narahatlıq isə yolüstündə olan "Qarabağ"la bağlıdır.
Avropa Liqasında mübarizəni dayandıran "köhlən atlar" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.
Məğlubiyyət ehtimalları kifayət qədər yüksəkdir.
Görünən odur ki, bu dəfə payıza yalnız son çempion "Sabah" qalacaq.AFFA rəsmiləri böyük üzüntü keçirir.
Səbəb klublarımızın avrokuboklarda uğursuz çıxışıdır.
Budəfəki nəticələrin federasiya başbilənlərini iki qat üzməsi əbəs deyil.
Ötən mövsümün startına bir neçə ay qalmış legioner limiti ləğv ediləndə klub futbolundan gözləntilər böyük idi.
Ehtimal olunurdu ki, klublarımız istədiyi qədər əcnəbi gətirməklə daha sürətlə inkişaf edəcəklər.
Heyəti büsbütün gəlmələrlə quraraq avrokuboklarda liqa mərhələsi görəcəklər.
Hətta bu yolda milli komanda, akademiyalar qurban verildi.
Ötən yay arzular çin olmadı.
Əvvəlki illərdə olduğu kimi yalnız "Qarabağ" liqa mərhələsində iştirak etmək hüququ qazandı.
Digər 3 klubumuz uğursuzluq yaşadı.
Hər kəs "Hələ qərar təzə verilib" deyib üzərindən keçdi.
Amma bu mövsüm də eyni mənzərə qarşımızda canlanır.
Yay bitmədən böyük arzular, xəyallar puç oldu.
"Neftçi"nin Belarus təmsilçisi "Dinamo"ya, "Zirə"nin Estoniya klubuna məğlub olması əsəbləri tarıma çəkib.
Növbəti narahatlıq isə yolüstündə olan "Qarabağ"la bağlıdır.
Avropa Liqasında mübarizəni dayandıran "köhlən atlar" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə üz-üzə gələcək.
Məğlubiyyət ehtimalları kifayət qədər yüksəkdir.
Görünən odur ki, bu dəfə payıza yalnız son çempion "Sabah" qalacaq.
Bu gün reallaşan bu nəticələr federasiya rəsmilərini dünən verdikləri qərara görə çox məyus edir.
Səbəbsiz deyil. Ortada ciddi fakt var.
Hamının bir-birinə verdiyi sual isə eynidir - Bəs onda biz limiti niyə ləğv etdik?

XANOĞLAN / SPORTİNFO.AZ