“Bu, bir klubun təkbaşına görə biləcəyi iş deyil” – Prezident onları TƏNQİD ETDİ

15:20 Almaniya 82
“Bu, bir klubun təkbaşına görə biləcəyi iş deyil” – Prezident onları TƏNQİD ETDİ

“Bayern”in prezidenti Herbert Hayner Bundesliqa klublarını Almaniya çempionatının xaricdə tanıdılması istiqamətində kifayət qədər fəal olmamağa görə tənqid edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı funksioner Münhen klubunun bu yükü təkbaşına daşımamalı olduğunu deyib:

“Beynəlmiləlləşmə bir klubun təkbaşına görə biləcəyi iş deyil. Bu, Bundesliqa olaraq hamımızın birlikdə üzərində çalışmalı olduğumuz məsələdir.

Liqanın özü də bu istiqamətdə daha fəal rol oynamalıdır. “Bayern”in bu yükü təkbaşına daşıyacağını gözləmək olmaz.

Bütün Bundesliqanın – bir və ya iki klubun deyil, bütövlükdə liqanın bizə daha ciddi dəstək verməsinə ehtiyacımız var”.

Digər Xəbərlər
Xəbər Lenti