Ölkəmizdə iki klubun adı dəyişdirildi

6 Avqust 08:50 Azərbaycan Futbolu 337
Ölkəmizdə iki klubun adı dəyişdirildi

I Liqada çıxış edən “Cəbrayıl” və II Liqanın iştirakçısı “Quba”nın adları dəyişdirilib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, artıq “Cəbrayıl” yarışlarda “Gəncəbasar”, “Quba” isə “Hypers” adı altında mübarizə aparacaq.

Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.

Liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlki klubun PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!