3 kluba yox deyən millimizin müdafiəçisinin yeni ünvanı bəlli oldu

9 Avqust 16:05 Turan 3 237
3 kluba yox deyən millimizin müdafiəçisinin yeni ünvanı bəlli oldu

Millimizin müdafiəçisi Rahil Məmmədovun klubsuz günləri sona çatır.

30 yaşlı stoper "Turan Tovuz"la anlaşmağa çox yaxındır.

Tərəflər arasında bütün detallarda razılıq əldə olunub.

Daha əvvəl "Şəfa", "Şamaxı" və "Kəpəz" də Məmmədovun xidmətində maraqlı idi.

Amma "Neftçi"nin yetirməsinin yüksək əməkhaqqı tələbi anlaşmanı əngəlləmişdi.

Rahil son mövsümü "Araz Naxçıvan"da keçirib.

Daha əvvəl isə "Qarabağ", "Neftçi", "Səbail", "Zirə" və ölkə xaricində "Radomiak"la LKS Lodz (Polşa) klublarında çıxış edib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi