Klub rəhbərliyindən ayrılmasına icazə verməsini istədi

12:20 İspaniya 87
Klub rəhbərliyindən ayrılmasına icazə verməsini istədi

“Barselona”nın müdafiəçisi Ronald Arauxo ilə bağlı “Liverpul”a gözlənilən icarə keçidinin detalları üzə çıxıb.

Sportinfo.az “Jijantes FC”-yə istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik Arauxonun komandadan ayrılmasının əleyhinə olub.

Buna səbəb uruqvaylı futbolçunun mövsümöncəsi hazırlıq prosesində özünü yaxşı tərəfdən göstərməsidir.

Lakin Arauxonun özü klub rəhbərliyindən ayrılmasına icazə verməsini istəyib.

26 yaşlı müdafiəçi hesab edir ki, icarəyə getmək bütün tərəflər üçün ən yaxşı qərardır. Futbolçunun sabah “Barselona” ilə vidalaşacağı gözlənilir.

Daha əvvəl “Liverpul”un müdafiə xəttini gücləndirməsini komandanın yeni baş məşqçisi Andoni İraolanın şəxsən istədiyi bildirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
7 Avqust 18:10 Çək və bizə göndər!