“Sabah”ın iki legioneri Çempionlar Liqasının liderləri arasında yer aldı - FOTO

8 Avqust 12:40 Sabah 1 394
“Sabah”ın iki legioneri Çempionlar Liqasının liderləri arasında yer aldı  - FOTO

“Sabah”ın futbolçuları Çempionlar Liqasının təsnifat mərhələsində fərdi göstəricilərə görə liderlər sırasında yer alıblar.

Sportinfo.az xəbər verir ki, serbiyalı hücumçu Velko Simiç 4 qolla turnirin bombardirləri siyahısında 1-ci pilləni bölüşür.

Komandanın polşalı müdafiəçisi Timoteuş Puhaç isə 3 məhsuldar ötürmə ilə assistlər siyahısında liderlərdən biridir.

Simiç 4 qolla “Selye”nin (Bosniya və Herseqoviba) futbolçusu Mario Kveşiçlə birlikdə ilk pillədə qərarlaşıb.

Puhaç isə 3 assistlə Everton Bala (“Levski”, Bolqarıstan), Yosip Mişiç (“Dinamo” Zaqreb, Xorvatiya) və Serjinyo (“Levski”, Bolqarıstan) ilə birgə liderliyi bölüşür.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM