Fərqli bir yay yaşayırıq.
Hər il bu vaxtlar bizi “Çempionlar Liqası, yoxsa Avroliqanın əsas mərhələsi” sualı üzərində düşündürən “Qarabağ” indi azarkeşləri Avropada “davam, ya tamam” dilemması qarşısında qoyub.
Hətta Avropanın səviyyəcə üçüncü klub turniri sayılan Konfrans Liqasında qalmaq sual altındadır.
Bizə möhtəşəm qələbələr, tarixi uğurlar yaşadan “Qarabağ” göz önündə əriyir.
Ötən mövsüm Çempionlar Liqasında tarixi nəticələr qazanan komandanın indi yalnız adı qalıb - bu “Qarabağ” o “Qarabağ”ın sadəcə kölgəsidirr.
Əslində, bunun ilk həyəcan siqnalı ölkə çempionatnda və kubokda - hər iki tutul əldən veriləndə çalınırdı.
Əvəllər rahatlılqla 2-3 ay əvvəldən Azərbaycan çempionluğunu təmin edən “Qarabağ” son mövsümdə “Sabah”ın timsalında səviyyəli, ciddi rəqabətlə üzləşdi və bu dəfə “taxt”ından endirildi.
Lap tutaq ki, Qurban Qurbanov bu bir həftədə heyəti yaxşıca silkəlıdi, rəhbərlik də motivasiya üçün pul mükafatı ayırdı və əvvəlki şöhrətindən uzaq düşmüş “Dinamo” keçildi.
Bu, mümküdür. “Dinamo”nun nə vəziyyətdə olduğunu PAOK-la əvəvlki görüşlərdə də görmüşdük, “Qarabağ”la ilk qarşılaşmada da gördük.
Bəs sonra?
Bu oyunla pley-offda “Tvente”nin qarşısında dayanmaq olacaq? Slovakiya klubua 6 cavabsız qol vurdular.
Məsələ “Qarabağ”ın “Dinamo”ya məğlubiyyətində deyil. Komanda udar da, uduzar da, revanş da alar. Məsələ bu komandanın, bu heyətin ümumiyyətlə, ümid verməməsindədir.
Bəli, yenilənmə gedir, komanda təzədən formalaşır, amma bu yenidənqurmanın nəticəsini cətin ki, biz indi görək.
“Qarabağ” belə oyunla Konfrans Liqasının əsas mərhələsinə qalsa, bir yeyib, üç də nəzir paylayaq.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
