Bu klublar Azərbaycanı Avropada ŞƏRİKLİ LİDER etdi

Bu klublar Azərbaycanı Avropada ŞƏRİKLİ LİDER etdi

Avrokubokların II təsnifat mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan bu iki raundda bonuslar nəzərə alınmamaqla ən çox reytinq xalı toplayan iki ölkədən biridir.

9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu, ölkənin UEFA reytinqinə 2,625 xal gətirib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.

Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox xal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür.

Daha çox xala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib.

İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 xalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.

2026/27 mövsümündə bonuslar nəzərə alınmadan ən çox xal qazanan ölkələr:

Yer Ölkə Q H M Xal
1 Azərbaycan 9 3 2 2,625
2 Latviya 10 1 3 2,625
3 Estoniya 8 4 4 2,500
4 Finlandiya 7 3 4 2,125
5 Lixtenşteyn 2 0 0 2,000

Azərbaycan klublarının nəticələri və ölkə reytinqində payı:

Yer Komanda Q H M Xal
1 Sabah 4 0 0 1,000
2 Qarabağ 2 2 0 0,750
3 Zirə 2 1 1 0,625
4 Neftçi 1 0 1 0,250

“Sabah” UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, “Qarabağ” UEFA Avropa Liqasından UEFA Konfrans Liqasına düşüb, “Zirə” və “Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!