Millimizin sabiq yarımmüdafiəçisi bölgə klubuna "YOX" dedi

8 Avqust 16:20 Qəbələ 1 367
Millimizin sabiq yarımmüdafiəçisi bölgə klubuna "YOX" dedi

"Qəbələ"nin heyətinə qatmaq istədiyi daha bir oyunçunun kimliyi məlum olub.

Bölgə klubu son mövsümü "Araz Naxçıvan"da keçirən Coşqun Diniyevin xidmətində maraqlıdır.

Danışıqlar bir müddətdir davam edir, amma ortaq nöqtəyə gəlmək müşkülə çevrilib.

Buna əsas səbəb "qırmız qaralar"ın yarımmüdafiəçiyə çox aşağı maaş təklif etməsidir.

"İnter"in (indiki "Şamaxı") yetirməsi "Araz Naxçıvan"a qədər ölkəmizdə "Qarabağ", "Sabah", "Zirə"də çıxış edib.

Türkiyədə isə "Bandırmaspor", "Çorum", "Umraniyəspor" forması geyinib.

Bütün aşağı yaş millilərdə oynamış Diniyev əsas yığmada 30 görüşdə meydana çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM