“Dinamo”ya uduzan "Qarabağ"lılara Bakıda elə sözlər deyildi ki... VİDEO

8 Avqust 23:40 Qarabağ 121
“Dinamo”ya uduzan "Qarabağ"lılara Bakıda elə sözlər deyildi ki... VİDEO

"Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Dinamo"ya (Kiyev) uduzub.

"lşadapnLublin Arena"da keçirilən qarşılaşmada rəqib 1:0 hesablı qələbəyə sevinib.

10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.

Ağdam təmsilçisi görüşü 10 nəfərlə başa vurub. 90-cı dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.

Polşadan vətənə dönən "köhlən atlar"ı Bakı Hava Limanında bir qrup azarkeş qarşılayıb. Makreçkisə "sənin ayağının rəqibin üzündə nə işi var idi" sualı ünvanlanıb.

Litvalı müdafiəçi isə danışmaq istəməyərək yoluna davam edib.

Baş məşqçi Qurban Qurban və köməkçisi Elçin Rəhmanovu görən fanatlar onlara inandıqlarını söyləyiblər.

Komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!