Millimizin sabiq müdafiəçini şərtlər qane etmədi, daha bir təklifdən imtina etdi

8 Avqust 21:00 Araz-Naxçıvan 1 842
Millimizin sabiq müdafiəçini şərtlər qane etmədi, daha bir təklifdən imtina etdi

Şəhriyar Əliyev "Kəpəz"in ardınca daha bir klubun təklifindən imtina edib.

Söhbət "Araz Naxçıvan"dan gedir.

Muxtar respublika təmsilçisi "Turan Tovuz"un sabiq kapitanına maraq göstərib.

Mərkəz müdafiəçisi də təklifə isti yanaşıb.

Amma müqavilə şərtləri "Bakı"nın yetirməsini qane etmədiyindən danışıqlar dalana dirənib.

“Bakı”nın yetirməsi "Turan Tovuz"dan başqa “Qarabağ”, “Kəpəz” və “Keşlə”də (indiki “Şamaxı”) forma geyinib.

Stoper Azərbaycan millisinin heyətində 2 oyunda meydana çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM