“Qarabağ” tarixində ilk dəfə... Bunu da yaşadılar

02:40 Qarabağ 55
“Qarabağ” tarixində ilk dəfə... Bunu da yaşadılar

“Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının II təsnifat mərhələsini keçə bilməyib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi iki oyunun nəticəsinə görə Sofiya CSKA-sına məğlub olub.

Bakıda keçirilən ilk görüşdə olduğu kimi, cavab matçında da qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında isə Bolqarıstan klubu daha dəqiq olub - 5:4.

Beləliklə, II təsnifat mərhələsi ilk dəfə “Qarabağ” üçün Avropa Liqasındakı mübarizənin son dayanacağı olub.

Ağdam təmsilçisi əvvəlki illərdə ya turnirin I təsnifat mərhələsində mübarizəni dayandırıb, ya da ən azı III mərhələyə yüksəlib. Bəzi mövsümlərdə isə komanda daha sonrakı mərhələdə Çempionlar Liqasından Avropa Liqasına keçib.

Digər Xəbərlər
Xəbər Lenti