“Sabah” Azərbaycana nə verdi?

31 İyul 03:30 Azərbaycan Futbolu 689
“Sabah” Azərbaycana nə verdi?

Azərbaycan UEFA ölkələr reytinqində 26-cı pillədə qərarlaşmaqda davam edir.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Finlandiya “KuPS”unu 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlməsindən sonra Azərbaycanın ümumi əmsalı 20,687 xala çatıb.

Bununla belə, ölkənin reytinqdəki mövqeyi dəyişməyib.

Belə ki, cari mövsümdə Azərbaycanın əmsalına ilk təsnifat mərhələsində “Sabah”, “Qarabağ” və “Zirə”nin mərhələ adlaması mühüm töhfə verib.

Hazırda Azərbaycan 20,687 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci sırada olan İsrailin 21,500, 27-ci pillədə yer alan Bolqarıstanın isə 18,562 əmsalı var.

UEFA ölkələr reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi