İranın idman və gənclər naziri Bakı Su İdman Sarayı ilə tanış oldu

9 Avqust 04:00 Digər növlər 251
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayı ilə tanış oldu

Azərbaycanda səfərdə olan İranın idman və gənclər naziri Əhməd Dünya Mali Bakı Su İdman Sarayı ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, səfər çərçivəsində iranlı nazirə idman qurğusunun fəaliyyəti, infrastruktur imkanları və burada təşkil olunan yarışlar barədə ətraflı məlumat verilib.

Bildirilib ki, müasir tələblərə cavab verən kompleks müxtəlif su idman növləri üzrə beynəlxalq və yerli yarışların keçirilməsi üçün əlverişli şəraitə malikdir.

Qonağa həmçinin obyektin texniki göstəriciləri, eləcə də idmançıların hazırlığı üçün yaradılan imkanlar təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi