“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Minsk “Dinamo”su ilə cavab oyununda insident yaşanıb.
Ukrayna mətbuatı Sportinfo.az-ın bu haqda yaydığı xəbəri təsdiqləyib və tirajlayıb (https://www.sportinfo.az/idman_xeberleri/neftci/256332.html).
Bildirilib ki, Bakı klubunun Bolqarıstanda 1:0 hesablı qələbə qazandığı qarşılaşmada yeni transfer Endryu Qraviolyon diqqət mərkəzinə düşüb.
Hadisənin cavab matçının fasiləsi zamanı baş verdiyi yazılıb.
Yay fasiləsində “Neftçi”yə qoşulan Qvadelupa millisinin müdafiəçisi cərimə zərbəsinin icrası üçün kapitan Emin Mahmudovla mübahisə edib.
Futbolçu topun arxasına keçməsinə icazə verilməməsindən narazı qalıb və bu, paltardəyişmə otağında gərginliyə səbəb olub.
Baş məşqçi Yuri Vernidub dərhal vəziyyətə müdaxilə edərək, legionerə bu cür davranışın yolverilməz olduğunu bildirib.
“Sən komanda yoldaşlarına qarşı düzgün davranmadın. Belə hallar bir daha təkrarlanmamalıdır” - deyə, ukraynalı mütəxəssis qa deyib.
Vernidub həmçinin vurğulayıb ki, komandasında nizam-intizam əsas prinsiplərdən biridir və komanda yoldaşlarına qarşı hörmətsizlik hallarına göz yummayacaq.
“Neftçi” iki oyunun cəmində Belarus təmsilçisinə 3:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
