Azərbaycan millisinin və "Kəpəz"in sabiq müdafiəçisi Faiq Cabbarov xəstəxanaya düşüb.
O, səhhətində yaranan ciddi problemlə əlaqədar yardım istəyib.
"Kəpəz"in veteran futbolçuları Cabbarovun Gəncədə müalicə aldığı xəstəxanadan görüntülər paylaşaraq, onun təcili müalicəyə ehtiyacı olduğunu bildiriblər.
Zərərli vərdişlərdən əziyyət çəkən Cabbarovun ayağında ciddi problem yaranıb. Maddi imkanı olmayan səbəbkar müayinəsini və müalicəsini Bakıda yerləşən ixtisaslaşmış klinikalardan birində davam etdirmək istəyir.
Veteran futbolçular bu məqsədlə AFFA rəhbərliyinə səslənərək, ona dəstək göstərilməsini xahiş ediblər.
Faiq Cabbarov Azərbaycan futbolunun tanınmış simalarından biridir. O, müxtəlif illərdə "Kəpəz", "Neftçi" və "Şəmkir"in formasını geyinib, həmçinin millinin şərəfini qoruyub. 1997-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilib.
Peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Faiq Cabbarov əvvəlcə "Göygöl", daha sonra "Gilan"da çalışıb.
Sonradan "ABN Bərdə" və "Şəmkir"in sükanı arxasında dayanıb.
Bir müddət Rusiyada aşpaz kimi çalışan veteran futbolçu daha sonra Azərbaycana qayıdıb.
Ötən il də məşqçilik fəaliyyətini bərpa etmək məqsədilə AFFA-dan ona C kateqoriyalı məşqçi lisenziyasının verilməsini xahiş edib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
