Azərbaycanda Barselonaya vəsiqə uğrunda son,.. VİDEO

8 Avqust 23:20 Hadisə 670
Azərbaycanda Barselonaya vəsiqə uğrunda son,.. VİDEO

"Yay Mövsümü" minifutbol turniri həlledici mərhələyə çatıb.

Sportinfo.az xəbər verir ki, gərgin mübarizələrlə yadda qalan yarışda finala yüksələn komandalar müəyyənləşib.

Sabah baş tutacaq həlledici görüşdə "Buxar" və "Xilə" çempionluq uğrunda üz-üzə gələcək.

Hər iki kollektiv finala qədər uğurlu çıxışı ilə diqqət çəkərək həlledici matça vəsiqə qazanıb.

Qarşılaşmanın maraqlı və gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.

Turnirin qalibi Azərbaycanı Avropa Minifutbol Federasiyasının təşkil etdiyi Barselonadakı "Euro Cup" turnirində təmsil etmək hüququ əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM