“Neftçi”də intizamsız idi, 5 qolda iştirak etdi, 3 illik müqavilə bağladı

23:00 Neftçi 376
“Neftçi”də intizamsız idi, 5 qolda iştirak etdi, 3 illik müqavilə bağladı

Vaxtilə “Neftçi”nin intizamsız futbolçusu kimi ad çıxarmış Alfa Kontenin üzünə “günəş doğub”.

Azərbaycanı tərk edəndən sonra İslandiyaya yollanıb “Styarnan”la anlaşan 26 yaşlı yarımmüdafiəçi burada da heç ilə yadda qalmamışdı.

Bu ilin əvvəlində İslandiyanın digər klubu “Keflavik”ə icarəyə verilməsi ilə bəxti açılıb.

Meydana çıxdığı 11 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə verməsi “Keflavik” rəhbərliyini ciddi addım atmağa məcbur edib.

“Styarnan”la aparılan danışıqlar müsbət nəticə verib. Beləcə, Konte “Keflavik”lə 3 illik müqaviləyə qol çəkib.

Yerli klubun azarkeşləri Alfanın transferini böyük coşqu və həvəslə qarşılayıb.

Maraq üçün bildirək ki, səbəbkar “Neftçi” formasında meydana çıxdığı 24 oyunda 2 assistlə yadda qalmışdı.

Samir Abasovun “qara siyahısına” düşən futbolçu əvəzedici heyətə göndərilmiş, daha sonra Azərbaycanı tərk etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti