"Futbolumuzun inkişafı Elxan Məmmədovun göndərilməsi ilə başlayacaq!"

10 Dekabr 2019 00:28 Azərbaycan Futbolu 1 320
"Futbolumuzun inkişafı Elxan Məmmədovun göndərilməsi ilə başlayacaq!"

«Dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin 2019-cu ildə yekun iclası keçiriləcək. Böyük ehtimalla, bu iclasda Nikola Yurçeviçin istefası təsdiqlənəcək. Halbuki, ölkə futbolunun bərbad vəziyyətə düşməsinin səbəbkarı nə Yurçeviçdir, nə Milan Obradoviç, nə də mən».

Sportinfo.az xəbər verir ki, bu fikirlər «Neftçi»nin mətbuat xidmətinin keçmiş rəhbəri Anar Şabanoğluya məxsusdur. Kamran Quliyevin paytaxt klubuna prezident postuna gətirilməsindən az sonra vəzifəsindən istefa verən A.Şabanoğlu sosial şəbəkə vasitəsilə AFFA-nın baş katibini istefaya səsləyib:

«Futbolumuzu bu vəziyyətə Elxan Məmmədov və onun dəstəyi ilə vəzifəyə gələn bəzi kadrları salıb. Azərbaycan futbolunun inkişafı Elxan Məmmədovun göndərilməsi ilə başlayacaq!

Təəssüf ki, iclasın gündəliyində gözlənildiyi kimi bu məsələ yoxdu. Gəlin, bu həftəni Elxan Məmmədov həftəsi elan edib, AFFA baş katibinin istefa məsələsini iclasın gündəliyinə salınmasına təşəbbüs göstərək!

Onsuz da AFFA, İcraiyyə komitəsi və SOCAR-da futbola nəzarət etməli şəxslər hamısı Elxan müəllimin çaldığı havaya oynayır. Bəlkə sadə xalqı, Azərbaycanı və futbolumuzu təmənnasız sevən insanları daha yuxarı instansiyalar eşidə. Getdik!».

Digər Xəbərlər
Xəbər Lenti