COP29

İcraiyyə Komitəsi yenidən toplanır - Mühüm qərarlar veriləcək

1 İyun 11:40 Azərbaycan Futbolu 1 740
İcraiyyə Komitəsi yenidən toplanır - Mühüm qərarlar veriləcək

İyunun 3-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Toplantı saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. I və II Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ”yə müvafiq yardımın ayrılması
6. Digər məsələlər

Büdcəyə aid məsələ təsadüfən birinci sıraya alınmayıb. Düz 2 aydır ki, bunun üstündə iş gedir.

Aprelin 2-də federasiyanın başına keçən Rövşən Nəcəf ilk gündən müvafiq tapşırıq verib, audit yoxlaması başladıb. 2024-cü ilə aid büdcənin müəyyənləşdirilməsi yönündə bir sıra addımlar atılıb.

Daxili araşdırmalar yalnız cari ili əhatə etməyib, eyni zamanda, ötən illər ərzində xərclənən pullar bir daha təftiş olunub.

AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələrə aid bənd özündə çox geniş sahəni ehtiva edir. İcraçı vitse-prezident Sərxan Hacıyevin 2 aydır nə gecəsi var, nə gündüzü.

Səhər-axşam AFFA-dan çıxmır, az qalır elə federasiyanın binasında yatsın. Strateji planın hazırlanması Rövşən Nəcəfin xüsusi tapşırığıdır.

Hacıyev uşaq futbolunda hansı yeniliklərin müsbət effekt verəcəyini dəqiqləşdirmək məqsədilə xeyli sayda mütəxəssislə görüşüb, fikir mübadiləsi aparıb, habelə beynəlxalq təcrübənin öyrənilməsinə zaman ayırıb.

Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçiləri, əslində, bəllidir. Federasiya ötən mövsüm yığmalarda çalışmış mütəxəssislərin fəaliyyətini davam etdirməsində fayda görüb.

Onların hər biri ilə müqavilənin müddəti 2025-ci ilin martına kimi uzadılıb.

AFFA hələ fevralda aşağı yaş qrupları üzrə millilərin baş məşqçi postunda yerdəyişmələr edib.

Belə ki, U-18-in çalışdırıcısı Elxan Abdullayev U-19-a təyinat alıb. 15 və 16 yaşlılardan ibarət komandaların sükanı arxasında dayanmış İlham Yədullayev U-17-yə keçib. U-19-dan ayrılan Aqil Nəbiyevə U-15 və U-16 tapşırılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?