Azərbaycan - Belarus oyununda 1 dəqiqəlik sükut olacaq

25 Mart 2025 19:35 Azərbaycan Futbolu 1 401
Azərbaycan - Belarus oyununda 1 dəqiqəlik sükut olacaq

Azərbaycan millisinin Belarusla bugünkü yoldaşlıq oyunu 1 dəqiqəlik sükutla başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Açıqlamada görüşdən əvvəl Çingiz İsmayılovun xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcəyi bildirilib:

"Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün "Bank Respublika Arena"da keçirəcəyi yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq".

Oyun saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti