Azərbaycan yerində qaldı, amma... - Yeni reytinq cədvəli

20 Avqust 2021 09:00 Azərbaycan Futbolu 1 577
Azərbaycan yerində qaldı, amma... - Yeni reytinq cədvəli

Avrokubokların pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, baş tutan qarşılaşmalar cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan hesabına daha 0,375 xal yazıb. Bunun 0,250-si “Aberdin”i məğlub edən “Qarabağ”ın, 0,125-i “Makkabi” (Hayfa) ilə heç-heçə edən “Neftçi”nin payına düşür.

Bununla da ölkəmizin cari mövsümdəki qazancı 1,875-ə çatıb. “Qarabağ” 1,000, “Neftçi” 0,750, “Sumqayıt” 0,125 xal əldə edib.

Lakin bu qazanc irəliləmək üçün yetərli olmayıb. Azərbaycan siyahıda 30-cu sırada qalıb. Düzdür, Sloveniyaya çatmaq mümkün olub, lakin əlavə göstəricilərdə balkanlılar öndədir. 31-ci olan Slovakiya ilə xal fərqi isə 0,500-ə qədər artıb.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”