Çempionata vəsiqə qazanan klubda tanınmış sima - 4 illik müqavilə

20 İyul 2024 15:40 Azarkeş 2 002
Çempionata vəsiqə qazanan klubda tanınmış sima - 4 illik müqavilə

Yeni mövsümdən İtaliya A seriyasında çıxış edəcək “Komo”nun yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sesk Fabreqas çalışdıracaq.

İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

37 yaşlı Fabreqas futbolçu karyerasını 2023-cü ilin yayında “Komo”da bitirib. İspaniya millisinin və “Barselona”nın sabiq üzvü 2023-cü ilin dekabrından “Komo”da köməkçi məşqçi kimi çalışırdı.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"