Çempionlar Liqasının əsas mərhələsində baş tutacaq “Sabah” – “Borussiya” (Dortmund, Almaniya) oyununa satılan biletlərin sayı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, paket satışlar da daxil olmaqla, qarşılaşma üçün 56 000 bilet öz sahibini tapıb.
Alman klubunun azarkeşləri isə indiyədək 1 715 bilet alıblar.
“Sabah” – “Borussiya” matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
“Sabah” daha əvvəl ÇL-in liqa mərhələsində “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub, “Slaviya”nı isə 2:0 məğlub edib.
