"Beşiktaş"dan EKSKLÜZİV AÇIQLAMA: "Neftçi" çox doğru seçim etdi"

18 İyun 2024 12:20 Azarkeş 2 276
"Beşiktaş"dan EKSKLÜZİV AÇIQLAMA: "Neftçi" çox doğru seçim etdi"

Xəbər verdiyimiz kimi, "Neftçi" daha bir əcnəbi mütəxəssislə anlaşmağın astanasındadır.

Söhbət "Beşiktaş"dakı fəaliyyəti ilə məşhurluq tapan Cenk Sünərdən gedir.

Onun Fərrux Mahmudovun yerinə baş icraçı direktor gətiriləcəyi gözlənilir.

İstanbul nəhənginin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Buğra Kaan Süer mövzu ilə bağlı saytımıza açıqlama verib.

"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərovla danışan "Beşiktaş" rəsmisi önəmli açıqlamalar verib.

"Beşiktaş"dan EKSKLÜZİV AÇIQLAMA: "Neftçi" çox doğru seçim etdi"

"Ağ-qaralar"ın sabiq idarəçisi Elçin Cəfərova deyib ki, "Neftçi" çox önəmli qərar qəbul edib:

"Cenk Sümer Sergen Yalçın dönəminde çempion olduğumuz mövsüm futbol direktoru olaraq çox önəmli işlər görüb. Sergen Yalçınla klub rəhbərliyi arasında körpü rolunu oynayırdı.

Həmin vaxt futbolçu transferləri, gələn-gedən oyunçularla bağlı bütün qərarları Cenk bəy verirdi. Transferlərdə çox uğurludur.

Ünsiyyətcildir. Daha sonra klubun marketinq sahəsindəki fəaliyyəti ilə möhtəşəm işlərlə yadda qaldı.

"Beşiktaş"ın sponsorluq anlaşmalarında uğurlu işlərə imza atdı. Düzgün, işini bilən, pozitiv insandır.

"Neftçi" çox doğru seçim edib, Cenk bəy çox təcrübəlidir".

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi