“Qarabağ”ın adını eşitdilər və... Əyalətdən MARAQLI FOTOLAR

17 Mart 19:00 Azarkeş 1 758
“Qarabağ”ın adını eşitdilər və... Əyalətdən MARAQLI FOTOLAR

Premyer Liqanın 27-ci turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edib

Rəqibin “Qarabağ”, havanın xoş, həftənin bazar günü olması yerli insanların sevincinə səbəb olub.

Arenanın qapıları oyunun startından 2 saat əvvəl açılıb və artıq həmin vaxtdan etibarən azarkeşlər tribunadakı yerini tutmağa tələsib.

“Turan Tovuz”un avrokubok mübarizəsinə qoşulmasını əsas səbəb kimi göstərmək mümkündürsə, qonaq komandanın ölkənin ən sevilən kollektivi “Qarabağ” olması ümumi ab-havaya ciddi təsir göstərib.

Azarkeşlərin arasında yaşlı kişilərə, valideynləri ilə gələn azyaşlı uşaqlara, çox sayda zərif cinsin nümayəndələrinə rast gəlmək mümkündür.

HƏBİB, Tovuz

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!