"Neftçi"nin oyununda saxlanılan şəxs sərbəst buraxıldı

11 Mart 2024 10:40 Azarkeş 1 289
"Neftçi"nin oyununda saxlanılan şəxs sərbəst buraxıldı

Məlum olduğu kimi, Premyer Liqanın 26-cı turunda "Kəpəz" Tovuz şəhər stadionunda "Neftçi"ni qəbul edib (3:3).

Bu matçda "Kəpəz" azarkeşlərindən biri polislər tərəfindən arenadan uzaqlaşdırılıb.

Buna səbəb "Kəpəz" fanatının AFFA nümayəndəsi Məmmədəli Məmmədovla mübahisə etməsi olub.

Qarşılıqlı söz atışmasından sonra hadisənin daha da böyüməməsi üçün polislər fanatı tribunadan kənarlaşdırıb.

Klubdan redaksiyamıza bildirilib ki, həmin şəxs artıq sərbəst buraxılıb. "Kəpəz" rəhbərliyinin köməkliyi sayəsində.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"