UEFA "Qarabağ"la əlaqəli qərar verdi - Bakıya buraxılmadılar

22 İyul 01:10 Azarkeş 1 867
UEFA "Qarabağ"la əlaqəli qərar verdi - Bakıya buraxılmadılar

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan SSKA Bakıda keçiriləcək ilk görüşdə azarkeşsiz oynayacaq.

Sportinfo.az Sofiya təmsilçisinin mətbuat xidməti məlumatinə istinadən xəbər verir ki, komanda UEFA tərəfindən cəzalandırılıb.

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Derri Siti” (Şimali İrlandiya) ilə cavab görüşü zamanı bolqarıstanlı fanatların nümayiş etdirdiyi intizamsız davranışlar buna səbəb olub.

Həmin oyunda SSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun 15 dəqiqə dayandırılıb.

UEFA isə Sofiya klubunun növbəti səfər matçında azarkeşlərinin iştirakına qadağa qoyub. Həmçinin, klub 55 min avro cərimə edilib.

“Qarabağ”la SSKA arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab matçı isə iyulun 30-da Sofiyada olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!