Bir “Zirə” qalmışdı, onlar da bu problemi həll etdi

21 İyul 19:20 Azarkeş 879
Bir “Zirə” qalmışdı, onlar da bu problemi həll etdi

Avrokuboklarda iştirak edən bütün klublarımızın oyunlarını yayımlayacaq telekanallar bəlli oldu.

Son olaraq “Zirə” translyasiya problemini həll etdi.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisinin Konfrans Liqasında II təsnifat mərhələsi matçı “İdman TV”-də ekranlara gələcək.

Komandamızın “Payde” (Estoniya) ilə həm səfər, həm də ev oyunu canlı yayımlanacaq.

Bu yarışda mübarizə aparan “Neftçi”nin Minsk “Dinamo”su ilə matçlarının “CBC Sport”da təqdim olunacağı daha öncə bəlli idi. “Qarabağ”ın Sofiya ÇSKA-sı ilə görüşləri də eyni telekanalda yayımlanacaq.

Çempionlar Liqasında mübarizə aparan “Sabah”ın oyunları iə İctimai Televiziya vasitəsi ilə ekranlara gətiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM