İzləyicilər Premyer Liqa təmsilçisini “topa tutdu”: “Biabır olasız sizi!”

21:29 Azarkeş 473
İzləyicilər Premyer Liqa təmsilçisini “topa tutdu”: “Biabır olasız sizi!”

“İmişli” PFK-nın yeni loqosunun təqdimat mərasimi keçirilib.

“Holiday Inn” otelinin konfrans zalında baş tutan tədbirdə klub rəsmiləri ilə yanaşı, Peşəkar Futbol Liqasının idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və çox sayda media nümayəndəsi iştirak edib.

Klubun icraçı direktoru Aqşin Mürsəlov yenilənmiş loqonun konsepsiyası, fəlsəfəsi, daşıdığı simvolik məna barədə iştirakçılara məlumat verib.

Futbolsevərlərin yenilənmiş loqoya münasibəti necə olub? Klub simvolunu necə qarşılayıblar?

Klubun sosial media səhifələrində yazılan şərhlərin müəyyən qismini təqdim edirik:

“Çox pisdir. Əvvəlki heç olmasa yaxşı idi”.

“Əvvəlki loqo bunun yanında toya getməliydi”.

“Qeyri-peşəkar yanaşmayın da. Köhnə loqoyla nə fərqi var axı?”

“Gemini” ilə düzəltmisiniz? Bir loqo nə olan şeydir ki, ona da əziyyət çəkməmisiniz. Əvvəki bundan yaxşı idi. Heyif, azarkeşlər də sevinmişdi ki, gözəl loqo gəlir. İmkan varsa, əvvəlkini qaytarın”.

“Uğurlu olsun, amma yaxşı deyil. “Game” loqosuna oxşayır”.

“Süni intellekt çıxardanın...”

“Biabır olasınız sizi”.

“Peçəkar klubsunuz, loqo dəyişmək istəyirsiniz, çox düşünüb yaxşı loqo seçmək olardı. Biri loqo klubun kimliyini, özünü təmsil edir. Onu hər dəfə dəyişmək olmur.Hazırkı loqo isə həvəskar səviyyədədir”.

“Köhnə loqonu qaytarın”.

“Klubun qartalını şir etdiniz. Qartalın qanadı sındı”.

“Loqo məsələsi sadəcə fiaskodur. Bərbad bir şeydir. Biabırçılıqdır, başqa heç nə”.

Göründüyü kimi, sosial şəbəkə izləyiciləri, yəni müəyyən kütləsi “İmişli” azarkeşi olan şəxslər yenilənmiş loqoya görə klubu “topa tutub”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti