“Qarabağ” avrokubok həftəsinin rekorduna imza atdı

11:05 Azarkeş 100
“Qarabağ” avrokubok həftəsinin rekorduna imza atdı

Bu həftə keçirilən avrokubokların birinci təsnifat mərhələsinin ən çox tamaşaçı toplayan oyunları məlum olub.

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bütün qarşılaşmaları arasında ən yüksək tamaşaçı göstəricisi Bakıda qeydə alınıb.

Belə ki, Avropa Liqasının birinci təsnifat mərhələsində keçirilən “Qarabağ” - “Vestri” (İslandiya) matçını tribunadan 23 549 azarkeş izləyib.

Bununla da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma həftənin ən çox tamaşaçı toplayan avrokubok oyunu olub.

Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Sabah”ın TNS-ə qarşı keçirdiyi görüş isə bu göstəricidə səkkizinci pillədə qərarlaşıb.

Masazırdakı qarşılaşmanı təxminən 7 min azarkeş izləyib. Qeyd edək ki, “Qarabağ” ilk oyunda “Vestri”ni 3:0, “Sabah” isə Uels təmsilçisi TNS-i 2:0 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!