“Neftçi” - “Qarabağ”: Bu xəbər qətiyyən xoş olmadı - SON DƏQİQƏ

17:20 Azarkeş 336
“Neftçi” - “Qarabağ”: Bu xəbər qətiyyən xoş olmadı - SON DƏQİQƏ

Bu axşam “Neftçi”ylə “Qarabağ” növbəti dəfə qarşılaşacaq.

Aprelin 26-da keçirilən oyun Premyer Liqanın 29-cu turu üçün nəzərdə tutulmuşdusa, bu dəfə 21-ci turdan təxirə salınmış görüş gerçəkləşəcək.

“Palms Sports Arena”nın tribunalarında anşlaq olmayacaq.

Belə ki, matçın startına saatlar qalmış cəmi 4000 bilet satılıb. Oyun saatına qədər daha 1000 biletin sahibini tapacağını nəzərə alsaq, stadionun təxminən yarısının dolacağını təxmin etmək mümkündür.

Halbuki 4 gün əvvəlki qarşılaşmanı məhz bu stadionda 9500 nəfər canlı izləmişdi.

Bu dəfəki görüşün həftəiçinə təsadüf etməsi, üstəlik, “Neftçi”nin ötən bazar “Qarabağ”a 1:5 hesablı məğlubiyyəti saya öz təsirini göstərib.

Azərbaycan derbisinin start fiti saat 20:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO..AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti