“Qarabağ”a görə 2 saatlıq xəbərdarlıq etdi - “Neftçi”

01:20 Azarkeş 121
“Qarabağ”a görə 2 saatlıq xəbərdarlıq etdi - “Neftçi”

Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” - “Qarabağ” matçına 6000 ədəd bilet satılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Neftçi”nin rəsmi sosial şəbəkə hesabları məlumat yayıb.

Biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl azarkeşlər üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

Bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlmək tövsiyə olunur.

“Neftçi” - “Qarabağ” matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!