“Qarabağ”a görə iynə atsan, yerə düşməyəcək - Masazırda

22 Aprel 19:20 Azarkeş 539
“Qarabağ”a görə iynə atsan, yerə düşməyəcək - Masazırda

Azərbaycan kubokunun 1/2 final mərhələsinin bu gün keçiriləcək “Sabah” - “Qarabağ” oyununa boyük maraq var.

Sportinfo.az xəbər verir ki, matç üçün satışa çıxarılan bütün biletlər satılıb.

Bu haqda “Sabah” klubunun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, “Sabah”ın Masazırdakı stadionunun 13 min tamaşaçı tutumu var. Oyun saat 20:00-da başlanacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk görüşdə tərəflər hərəyə iki qol vuraraq (2:2) bərabərliyə razılaşıblar.

Bu gün qələbə qazanacaq komanda finalda artıq vəsiqəni təmin etmiş “Zirə”nin rəqibi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!